
Haqqımızda
Elektrik və mexaniki sistemlər üzrə mühəndislik şirkəti.
Mepco MMC elektrik və mexaniki sistemlərin layihələndirilməsi, konsaltinqi, podratı, sınağı, istismara verilməsi və istismarı üzrə xidmət göstərən mühəndislik şirkətidir.
Müasir sınaq cihazları, hidravlik hesablama və simulyasiya proqramları ilə işləyirik. Məsləhətdən layihəyə, quraşdırmadan satış sonrası xidmətə qədər bütün işi bir komanda kimi aparırıq.
Məqsədimiz beynəlxalq standartlara uyğun, texniki cəhətdən düzgün və xərc baxımından optimal sistemlər qurmaq və açar təslim həllər təklif etməkdir.


Vizyon
Azərbaycanda bina mühəndislik sistemləri üzrə ən etibarlı həll tərəfdaşı olmaq.
Missiya
Hər obyekt üçün təhlükəsiz, enerjiyə qənaət edən və uzunömürlü sistemlər qurmaq, layihədən istismara qədər məsuliyyəti bir əldə saxlamaq.
Necə işləyirik
Keyfiyyət siyasəti
Avadanlığı FM, UL, VdS, LPCB və CE təsdiqli istehsalçılardan seçirik. Quraşdırma NFPA, BSI və EN standartlarına uyğun aparılır, hər sistem sınaq protokolu ilə təhvil verilir.
HSE siyasəti
Sahədə əməyin təhlükəsizliyi hər işdən əvvəl gəlir. Hər iş növü üçün risk qiymətləndirməsi aparılır, işçilər fərdi mühafizə vasitələri ilə təmin olunur. Ətraf mühitə təsiri azaldırıq: az kimyəvi maddə, su və enerjiyə qənaət.
Avadanlıq təsdiqləri
Quraşdırdığımız avadanlıq bu qurumlar tərəfindən təsdiqlənib.
- FM
- UL
- ULC
- VdS
- LPCB
- GOST
- CE










