Məzmuna keç

Port Baku Tower, PASHA Holding ofisi

TYCO FM200 qazla söndürmə sistemi: layihələndirmə, hidravlik hesablama, təchizat, quraşdırma və istismara vermə.

Port Baku Tower, PASHA Holding ofisi

Kritik texniki otaqlar üçün risk təhlili aparılıb, hər otaq üzrə söndürücü qazın konsentrasiyası hesablanıb.

Boru şəbəkəsinin hidravlik hesabı və nozzlların yerləşdirilməsi NFPA standartlarına uyğun aparılıb. Sistem 10 saniyəlik boşalma müddətinə görə layihələndirilib.

FM200 iz qoymadan söndürür, elektrik və elektron avadanlığa zərər vermir. Layihə konsentrasiyası insan təhlükəsizliyi həddləri nəzərə alınaraq təyin olunub.

Sistem elektrik otaqları, data və zəif cərəyan otaqları kimi fasiləsiz işləməsi vacib olan sahələrdə yanğına sürətli nəzarət təmin edir.